Türkiyənin “Tavşanlı Linyitspor” klubu futbolçularımızın problemini həll edib. Fanat.az xəbər verir ki, Kütahya təmsilçisi Andrey Popoviçlə Usim Ndukanı qeydiyyatdan keçirib.
Artıq TFF futbolçularımıza lisenziya verib və Andreylə Usim “Tavşanlı Linyitspor”un qurumun rəsmi saytındakı heyətinə salınıb. Bu isə onların II turda “Samsunspor”la matçda meydana çıxa biləcəyi deməkdi.
Qeyd edək ki, Popoviçlə Nduka lisenziya problemi üzündən ilk turda “Balıkesirspor”a qarşı oynamamışdı. Həmin matçda “Tavşanlı Linyitsor” 0:1 hesabı ilə yenilmişdi. Kütahya təmsilçisi növbəti oyununu avqustun 25-də evdə “Samsunspor”a qarşı keçirəcək.