Türkiyənin "Dənizlispor" klubu futbolçularına mükafat verib. Fanat.az xəbər verir ki, klub rəhbərliyi son turda səfərdə "Mersin İdman Yurdu"nu yenən komandaya vəd olunan 150 min lirəni (təxminən 75 min manat) paylayıb.
Futbolçularla görüşən Mehmet Özsoy yenə mükafat vəd edib: "Siz qələbə qazanın, biz lazım olan hər şeyi etməyə hazırıq".
Klub rəhbəri keçmiş rəhbərliyin dövründən qalmış futbolçuların borclarını da tezliklə ödəyəcəklərini bildirib.
Qeyd edək ki, "Dənizlispor"da Arif İsayevlə Saşa Yunisoğlu çıxış edir.
Fanat.az