Türk klubu erməni futbolçu transfer etdi

Türk klubu erməni futbolçu transfer etdi

"Beşiktaş" erməni futbolçu transfer edib. Fanat.az xəbər verir ki, İstanbul klubu Aras Özbilizi heyətinə qatıb.

"A Spor"un yaydığı son dəqiqə xəbərə görə, futbolçu sabah İstanbula gələcək. Onunla 4,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, erməni futbolçu Türkiyədə dünyaya gəlib. 25 yaşlı forvardın son iş yeri Moskva "Spartak"ı olub. O, əvvəllər Hollandiyanın "Ayaks" və Rusiyanın "Kuban" klublarında forma geyinib. 

Hollandiya və Ermənistan vətəndaşlığı daşıyan Aras Özbiliz 2011-ci ildə mili komanda seçimini edib. O, Ermənistan yığmasına üstünlük verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər