Türk futbolçu: "Yuventus"un baş məşqçisi mənə haqq etdiyim şansı vermirdi"

Türk futbolçu: "Yuventus"un baş məşqçisi mənə haqq etdiyim şansı vermirdi"
Dortmund "Borussiya”sının yarımmüdafiəçisi Emre Can "Yuventus”un baş məşqçisi Maurisio Sarrinin ona özünü göstərmək imkanı vermədiyini deyib.
Fanat.Az xəbər verir ki, futbolçu Almaniya mətbuatına belə danışıb:
"Orda keçirdiyim son aylar daha sıxıcı idi. Yeni baş məşqçi mənə haqq etdiyim qədər forma şansı verməsə də, Turinlə bağlı təəssüratlarım yaxşıdı. "Yuve” ilə A Seriyasının qalibi olmuşam. Həmin mövsüm komandanın əsas oyunçularından biriydim. Çempionlar Liqasında da yüksək səviyyədə keçirdiyim matçlar az deyildi. Artıq karyeramın "Yuventus” bölümü geridə qalıb”.
Qeyd edək ki, Emre "Bavariya”nın yetirməsidi. Bu ilin yanvarında onu "Yuventus”dan  icarəyə götürən "Borussiya” fevralda Canın transfer hüquqlarına sahib çıxıb.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər