"Borussiya"nın (Dortmund) ulduzu İlkay Gündoğanın "Real"la anlaşması barədə xəbərlər yayılıb. Fanat.az xəbərr verir ki, Avropa mətbuatı türk futbolçunun qışda "Kral Klubu"na keçəcəyini iddia edib.
Lakin İlkayın atası İrfan Gündoğan xəbəri təkzib edib. "Kicker"ə danışan ata Gündoğan "Real"la İlkay arasında hər hansı anlaşma olmayıb" deyib.
Bir müddətdi zədədən əziyyət çəkən İlkayıe indi sadəcə "Borussiya" ilə müqaviləsini artırmaqla bağlı danışıqlar apardığını bilirən İrfan Gündoğan oğlunun klubda qala biləcəyini deyib.
Fanat.az