Turindən qaçış başladı - "Yuventus"u bu futbolçular tərk edir

Turindən qaçış başladı - "Yuventus"u bu futbolçular tərk edir

Maliyyə pozuntularına görə A Seriyasında 15 xalı silinən “Yuventus”da şok dalğası davam edəcək. 

Fanat.Az xəbər verir ki, Çempionlar Liqasında oynamaq şansı olmayan klubdan bəzi futbolçular Turin klubundan ayrılmaq qərarına gəliblər. 

Məlumatı İtaliyanın "Libero" qəzeti yayıb. Voytsex Şesnı, Ueston Makkenni və Adrien Rabyonun artıq yeni klub axtarmağa başladıqları bildirilir. "Qoca sinyora"dan daha çox oyunçunun ayrılacağı gözlənilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər