“Turan” futbolçunun borcunu ödəmək istəmir?

“Turan” futbolçunun borcunu ödəmək istəmir?

“Turan”ın vitse-prezidenti Namiq Məstanov klubun FİFA tərəfindən cəzalandırılmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Biz bu qərarla bağlı apelyasiya şikayəti etməyə hazırlaşmırıq. Bir halda ki, FİFA belə bir qərar çıxarıb, biz onu həyata keçirməliyik. Amma klubumuzun o qədər pulu yoxdu. “Turan” Naci Şensoyun borcunu ödəməyə hazır deyil. Buna görə hansı cəzaya düçar olacağımızı bilmirəm”.

Qeyd edək ki, FİFA “Turan”ı 120 avro məbləğində cərimə edib, həmçinin hesabından altı xal silib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər