Tudor "Yuventus"a görə 1000 kilometr yol qət edib

Tudor "Yuventus"a görə 1000 kilometr yol qət edib

“Yuventus”a yeni baş məşqçisi İqor Tudor klubla müqavilə imzalamaq üçün şəxsi avtomobili ilə min kilometr yol qət edib. 

Fanat.Az xəbər verir ki, məlumatı “Sky Sports” yayıb.

Xəbərə görə, 46 yaşlı xorvat klub rəhbərliyinin zəngindən dərhal sonra Turinə yollanıb. 

Mənbə Tudorun artıq işə başladığını vurğulayıb.

Sözügedən çalışdırıcı 1998-2007-ci illərdə “Yuventus”da çıxış edib. O, həmçinin, 2020-2021-ci illərdə klubun məşqçilər korpusunda yer alıb. Tudor “Olimpik Marsel”, “Latsio”, “Verona”, “Udineze” və digər klublarda baş məşqçi vəzifəsində çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər