Tsxadadze "Metallurq"un futbolçusunu sınayır?

Tsxadadze "Metallurq"un futbolçusunu sınayır?

Antalyada təlim-məşq toplanışında olan "İnter"in düşərgəsində yeni futbolçu var. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze "NWC Asten"lə oyunda (8:0) Mateus Lopes adlı futbolçuya şanes verib.

Bu oyunçunun kimliyi ilə bağlı araşdırma apararkən internet mənbələrində cəmi bir namizəd tapdıq. Bu Zaparoje "Metallurq"unun formasını geyinən Mateus Lopesdi.

Tam adı Mateus Henrike do Karmo Lopes olan braziliyalı mərkəz müdafiəçisi 2011-2013-cü illərdə Ukrayna klubunun heyətində 73 oyun keçirib və 6 qol vurub. 28 yaşlı futbolçu əvvələr Braziliyada "İpatinqa", "Qremio", "Atletiko Paranaense", "Vila Nova", "Demokrata GV" və Portuqaliyada "Belenenşes" klublarının şərəfini qoruyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər