Trezege "Yuventus"un ən güclü futbolçusunun adını açıqladı

Trezege "Yuventus"un ən güclü futbolçusunun adını açıqladı

"Yuventus"un əfsanələrindən sayılan David Trezege komandanın hücumçusu Federiko Kyezadan danışıb.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" sabiq fransalı hücumçunun söylədiklərini belə çatdırıb:

"Federiko "Yuventus"un ən güclü bəndidir. Çox düşünməsə də, olduqca işgüzardır. Kyezalı və Kyezasız "Yuventus" iki fərqli komandadır. Əlbəttə, klassik mərkəz hücumçusu deyil. Ona geniş ərazidə oynamaq daha rahatdır. Bu üzdən heç vaxt Viktor Osimhen ("Napoli"nin nigeriyalı forvardı - red.) kimi olmayacaq. Fikrimcə, Federiko daha çox vinger və ya ikinci forvard qismində daha effektlidir. Futbol oynamaqdan zövq aldığı dərhal hiss olunur. Hətta adama elə gəlir ki, səhvlərinin də həzzini yaşayır. Oyunun gedişində komanda yoldaşlarını daha yaxşı başa düşməyi öyrənməlidir. Zamanla bu da düzələcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər