Transfer şayiələri: "Quardiolanın Kroos planı"

Transfer şayiələri: "Quardiolanın Kroos planı"

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"El Nacional" nəşri: "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Real Madrid"in yarımmüdafiəçisi Toni Kroosun komandasına qoşulmasını istəyir. İngiltərə klubu futbolçunu qış transfer pəncərəsində dəvət etməyi planlaşdırır".

İnsayder Fabritsio Romanodan xəbərlər:

"Argentinalı hücumçu Mauro İkardi PSJ-dən icarə əsasında "Qalatasaray"a keçəcək. Yekun detallar müzakirə olunur".

"Miralem Pyaniç indi "Şarja" ilə müqavilə imzalamaq üçün BƏƏ-yə uçur".

"Marca" nəşri: "Aston Villa" transfer pəncərəsinin son saatlarında Joffre Kondoqbianı transfer etməyə çalışsa da, vaxt azlığı səbəbindən Dieqo Simeonenin komandası ilə anlaşa bilməyib".

Baş tutmuş transfer xəbərləri:

"Benfika", "Mançester Siti", "Sevilya" və "Selta"nın 35 yaşlı keçmiş futbolçusu Nolito azad agent qismində "İbitsa" klubuna keçib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər