Transfer şayiələri: Lyakazett "Yuventus"un, Mahrez PSJ-nin hədəfində

Transfer şayiələri: Lyakazett "Yuventus"un, Mahrez PSJ-nin hədəfində

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Foot Mercato" nəşri: "PSJ və "Çelsi" "Mançester Siti"nin ulduzu Riyad Mahrezlə maraqlanır. Liqa 1 klubu əlcəzairli futbolçuya Anxel Di Mariyanın əvəzləyicisi gözüylə baxır. Paris təmsilçisi daha əvvəl də Mahrezi almağa çalışıb və gələn yay yenidən cəhd etmək niyyətindədir. Mahrezin müqaviləsinin müddətinin 2023-cü ildə başa çatması səbəbindən mümkün transfer 30-40 milyon avro dəyərində qiymətləndirilir. "Mançester Siti"nin futbolçusu ilə "Çelsi" də maraqlanır".

Luka Modriç Mbappenin "Real Madrid"ə gəlişi haqda: Biz ən yaxşı oyunçularla oynamaq istəyirik. Kilian isə şübhəsiz ki, onlardan biridir. Təbii ki, onunla eyni komandada oynamaq istərdim. Yaya az qalıb. İndilik bizə gözləmək qalır.

"Calciomercato" nəşri: "Yuventus" hələ də Aleksandr Lyakazettlə maraqlanır. Bu yay fransız futbolçu azad agent stausu daşıyacaq. Turin klubu onun Duşan Vlahoviçlə uğurlu tandem təşkil edəcəyinə inanır".

"The Sun" nəşri: "Tottenhem" Emerson Royal üçün istənilən təklifə açıqdır. Hotspurlulara İngiltərə Premyer Liqasındakı rəqiblərindən təklif gəlsə belə, klub ondan təcili olaraq qurtulmaq istəyir".

Joan Laporta: “Biz Adama Traorenin qalmasını istərdik və bu, mümkündür. Amma maddi cəhətdən çətin vəziyyətdəyik. Mövsümün sonunda görəcəyik".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər