“Transfer pəncərəsi”nin vaxtı açıqlandı

“Transfer pəncərəsi”nin vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında yay transfer dönəminin vaxtı müəyyənləşib. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 2017/18 mövsümü üçün “transfer pəncərəsi” rəsmən iyunun 9-da açılacaq.

 

Həmin gündən etibarən Premyer Liqa klubları anlaşdıqları futbolçularla rəsmi müqavilə imzalaya biləcəklər. “Transfer pəncərəsi”nin son günü isə sentyabrın 1-nə təsadüf edəcək.

 

Həmçinin qarşıdakı mövsümün dövrələrarası fasilədəki transfer dönəmi də bəllidi. Belə ki, qış “transfer pəncərəsi” gələn il 13 yanvar – 9 fevral tarixlərini əhatə edəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər