2014-cü ildə "Feyenoord"dan Stefan de Vriji transfer edən "Latsio" rəhbərliyinin başına qeyri-adi hadisə gəlib. Fanat.Az xəbər verir ki, İtaliya klubu 7 milyon avroya alınan futbolçu üçün ödənilən 2 milyon avronu bir hakerə verib.
İtaliya mediasının məlumatına görə, "Latsio"nun prezidenti Klaudio Lotito 2 milyon avronu "Feyenoord"un hesabı zənn edərək bir hakerin bank hesabına göndərib. Hollandiya klubunun "Pul bizə çatmayıb" deməsi italyanları şoka salıb və araşdırmalar zamanı pulun "Feyenoor"da dəxli olmayan bir nəfərə göndərildiyi üzə çıxıb.
Fanat.Az