"Barselona"nın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Kataloniya klubu "Yuventus"dan Paulo Dibalanı hədəfə alıb.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ilin yayında "Palermo"dan "Yuventus"a 32 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub. "Yuventus"un isə bu futbolçu üçün 50 milyon avro tələb etdiyi deyilir.
22 yaşlı argentinalı forvard 2015/16 mövsümündə Turin klubunun heyətində 46 rəsmi oyuna çıxıb və 23 qol vurub.
Fanat.az