"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın tapşırığı ilə gənc futbolçular - Kazım Kazımlı, Kamran Abdullazadə, Elnur Cəfərov və Elvin Mirzəyev əvəzedici heyətə göndəriliblər. Fanat.az xəbər verir ki, bu barədə 12cioyuncu.info saytı məlumat yayıb.
Saytın bununla bağlı sorğusunu baş məşqçi belə cavablandırıb: "Bu gənclər "Qəbələ" ilə qarşılaşmada əsas heyətdə çıxış etməyəcəklər. Belədə düşündük ki, əvəzedici heyətə məşq edib oynasınlar və formalarını saxlasınlar. Amma Premyer Liqada yaranacaq fasilə zamanı təşkil olunacaq toplanışda yenidən gənclər əsas heyətə qaytarılacaqlar".
Fanat.az