Torres "Barselona"dan ayrılmaq istəmir

Torres "Barselona"dan ayrılmaq istəmir

"Barselona"nın yarımmüdafiəçisi Ferran Torres yaxın gələcəkdə klubunu dəyişmək fikri yoxdur. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb. 

Bir müddət əvvəl "Barselona" rəhbərliyinin Torresin cari mövsüm çıxışından narazı qaldığı bildirilirdi. Hətta futbolçunun gedişini istədikləri iddia edilirdi. 

Qeyd edək ki, 1 il öncə "Mançester Siti"dən 55 milyon təzminat qarşılığında alınan futbolçu mövsüm ərzində 2 qolla yadda qalıb. Madrid "Atletiko"su ilə oyunda qırmızı vərəqə alan Torres La Liqada növbəti 2 oyunu buraxmalı olacaq. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər