Tomas Tuxel İngiltərə millisində - RƏSMİ

Tomas Tuxel İngiltərə millisində - RƏSMİ

Tomas Tuxelin İngiltərə millisinin baş məşqçi postuna təyinatı rəsmiləşib.

Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bir neçə namizədlə danışıqlar aparılsa da, üstünlük almaniyalı məşqçiyə verilib.

51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Tuxel buna qədər müvafiq olaraq "Borussiya" (Dortmund), "Bayern Münhen", PSJ və "Çelsi" klublarını çalışdırıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər