"Çelsi"nin təlim-məşq toplanışı zamanı klub azarkeşi və baş məşqçi Tomas Tuxel arasında maraqlı dialoq baş tutub.
Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, məşq başa çatandan sonra azarkeşlərdən biri "Çelsi"nin baş məşqçisi Tuxelə sual sual ünvanlayıb:
"Tomas, biz Kriştianu Ronaldunu transfer edirik?"
48 yaşlı mütəxəssis isə gülümsəyərək “Sənə deməyəcəyəm!” cavabını verib.
Xatırladaq ki, hazırda Kriştianu Ronaldu "Mançester Yunayted"in düşərgəsində deyil. Onun agenti Jorje Mendeş portuqaliyalı ulduz üçün yeni top-klub axtarşındadır.
Emin