Tokio-2020: Fransa darmadağın oldu, Braziliya Almaniyanı yendi

Tokio-2020: Fransa darmadağın oldu, Braziliya Almaniyanı yendi
Bu gün Tokio Yay Olimpiya Oyunları çərçivəsində kişi futbolçuların mübarizəsinə start verilib. 
Fanat.Az xəbər verir ki, nüfuzlu yarışın rəsmi açılış mərasimi iyulun 23-nə planlaşdırılsa da, ənənəyə görə bəzi idman növləri üzrə yarışlar artıq başlayıb.
Meksika yığması ilk oyunda Fransanı darmadağın edib. İddialılardan Argentina Avstraliyaya uduzub. Braziliya və Almaniya arasındakı qarşılaşmada qapılara 6 top vurulub. Riçarilsonun het-triki və Paulinyonun son dəqiqlərdə vurduğu qola Bundestim yalnız 2 dəfə cavab verə bilib.
A qrupu
Meksika – Fransa  4:1 
Qollar: Veqa, 47; Kordova, 55; Antuna, 80; Aqirre, 90+1 – Gignas, 69 
 
Yaponiya – CAR  1:0
Qol: Kubo, 71  
B qrupu
Yeni Zelandiya - Cənubi Koreya  1:0 
Qol: Vud, 70
Honduras - Rumıniya 0:1
Qol: Olive, 45 - öz qapısına
C qrupu
Misir - İspaniya 0:0
Argentina – Avstraliya - 0:2
Qollar: Vales, 14; Tilo, 80
D  qrupu
Kot-Divuar – Səudiyyə Ərəbistanı - 2:1 
Qollar: Əl-Əmri, 40 (avtoqol); Kessi, 66 – Əl-Davsari, 44
Braziliya - Almaniya   - 4:2
Qollar: Rişarilson, 7; 22; 30; Paulinyo, 90+4 – Amiri, 57; Axe, 83
Qeyd edək ki, turnirin açılış oyunu Misir və İspaniya U-23 milliləri arasında olub və qolsuz bərabərliklə bitib. Oyun Bakı vaxtı ilə saat 11:30-da başlayıb.
 
Tokio-2020: Fransa darmadağın oldu, Braziliya Almaniyanı yendi
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər