Mərkəzi arenada ev oyunlarını keçirən yeganə klub «Qarabağ» öz stadionuna köçməyə hazırlaşır
Ölkənin bir nömrəli futbol arenası olan Tofiq Bəhramov adına Respublika stadionu futbolsuz qala bilər. Stadionun direktoru Akif İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, müqavilə ilə ev oyunlarını ölkənin bir nömrəli futbol arenasında keçirən yeganə klub «Qarabağ» öz stadionunun tikintisi ilə məşğuldu.
Yeni stadionun tikintisi başa çatıqdan sonra Ağdam təmsilçisi respublika stadionundan çıxacaq. «Qarabağ»ın mətbuat katibi Nurlan İbrahimovun verdiyi məlumata görə, klub stadionu Yeni Suraxanı qəsəbəsində inşa olunur. Yeni stadionun 2014-cü ilin axırlarında istifadəyə veriləcəyi gözlənilir.
Akif İsmayılov «Qarabağ»ın öz stadionunda məskunlaşdıqan sonra Tofiq Bəhramov adına Respublika stadionunda atletika yarışlarının keçiriləcəyini bildirib.