Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Başakşəhər"in baş məşqçisi Okan Buruku sərt cəzalandırıb.
Fanat.Az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, çalışdırıcıya 5 oyunluq cəza verilib. Buna Burukun Superliqanın son turunda "Fənərbağça" ilə oyundakı (1:4) hərəkətləri səbəb olub.
Baş məşqçi oyunun gedişində baş hakimə fiziki təzyiq göstərib, onun xəbərdarlıqlarına məhəl qoymayıb.
Buruk bu hərəklərinə görə 38 min lirə (təxminən 8800 manat) cərimə də edilib.
Fanat.Az