Təyyarə uçmadı, transfer baş tutmadı

Təyyarə uçmadı, transfer baş tutmadı
Loik Reminin "Çelsi"dən "Leyçester"ə keçidi ilginc səbəbdən baş tutmayıb. Fanat.az xəbər verir ki, buna səbəb təyyarə reysinin təxmrə salınması olub.
"Sky Sports"un iddiasına görə, transferin son günündə "Leyçester" Remini mövsümün sonunadək icarəyə götürmək istəyib və "Çelsi" ilə razılığa gəlib. Anlaşmanın əldə olunduğu saatlarda Lionda olan futbolçunu İngiltərəyə aparacaq təyyarə adadakı güclü külək səfərindən havaya halxa bilməyib.
Məlumata görə, "Leyçester" rəhbərliyi futbolçunu gətirmək üçün helikopter göndərmək istəyib. Amma hava şəraiti üzündən bu da mümkün olmayıb. Reminin Fransadan İngiltərəyə avtomobillə gəlməsi üçün zaman qalmadığından transfer təxirə salınıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər