Tərlan Əhmədov "Sumqayıt"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi futbolçuların istəksiz oynadığını deyib:
"Komanda ikinci dövrədə ümumiyyətlə iki toplayıb. Çətin psixoloji durumdayıq, bundan çıxmaq lazımdı. Bir neçə futbolçuda istək hiss olunur, amm çoxu istəksiz oynayır. Bunun səbəbini araşdıracağıq. Komanda artıq uduzmağa alışır, əcnəbi futbolçular əvvəlki futbolu oynamırlar. İstək olmasa, rəqabətdə irəli gedə bilmərik. Görünür ki, bəzi futbolçular bu rəqabətə hazır deyil. Müdafiədən bu cür səhvləri gözləmirdim. Belə getsə, mövsümün sonunda futbolçuların çoxundan imtina olunacaq".
Fanat.az