Terimin yeni transferi "Qalatasaray"ın forvardı ola bilər

Terimin yeni transferi "Qalatasaray"ın forvardı ola bilər

"Qalatasaray"ın futbolçusu Sedrik Bakambu karyerasını Yunanıstan Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Journal" yayıb.

Xəbərə görə, 32 yaşlı hücumçu "Panatinaikos"un maraq dairəsindədir. Yunanıstan təmsilçisinin baş məşqçisi Fatih Terim klub rəsmilərinə forvard ilə danışıqlara başlamağı tövsiyə edib.

Qeyd edək ki, Bakambu cari mövsüm "Qalatasaray" forması ilə 16 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər