Türkiyə millisinin Şimali İrlandiya və Belarusla keçirəcəyi hazırlıq matçları üçün heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, "ay-ulduzlu" komandaya doqquz yeni futbolçu çağırılıb.
Baş məşqçi Fatih Terim "Çaykur Rizespor"dan Koray Altınayı, "Eskişəhərspor"dan Tarık Çamdalı və Aytaç Karanı, "Fənərbaxça"dan Salih Uçanı, "Gənclərbirliyi"ndən Uğur Çiftçini, "Karabükspor"dan İshak Doğanı, "Kasımpaşa"dan Adem Büyükü, "Sivasspor"dan Aydın Karabulutu və "Trabzonspor"dan Zeki Ayrazı milliyə dəvət edib.
Qeyd edək ki, Türkiyə yığması sabah Adanada Şimali İrlandiya ilə qarşılaşacaq. Terimin komandası noyabrın 19-u isə Mersində Belarusla üz-üzə gələcək.
Fanat.az