Ter Ştegen "Barselona"dan gedir - Yeni klubu da bilinir

Ter Ştegen "Barselona"dan gedir - Yeni klubu da bilinir

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen yayda klubunu dəyişməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu baqrədə insayder Matteo Moretto məlumat yayıb. 

Mənbənin məlumatına görə, alman qolkiper "Əl-İttihad"a keçə bilər.

Səudiyyə Ərəbistanı klubunun nümayəndələri artıq milli üzvünün agenti ilə əlaqə saxlayıblar. Lakin hələlik "Barselona"nın özü ilə detallar müzakirə olunmayıb. Hər şey təklif olunan müqavilədən asılı olacaq. 

Mark-Andre ter Ştegenin "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər