"Mançester Yunayted"in əsas transfer hədəfi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Mirror" yayıb.
Xəbərə görə, bu, "Everton"un 21 yaşlı müdafiəçisi Cerrard Brentueytdir. Mənbə MY rəhbərliyinin gənc arxa xətt oyunçusu ilə bağlı qərarını qətiləşdirdiyini və hətta baş məşqçi Erik ten Haq istefaya göndəriləcəyi halda belə, planın dəyişməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Brentueyt 2020-ci ildən "Everton"un uğurları üçün çalışır. Cari mövsüm Liverpul klubunun forması ilə bütün turnirlərdə 31 matça çıxan istedadlı müdafiəçi 2 qol vurub. Cerrardın klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat