Tçuameninin "Real Madrid"lə müqavilə imzalayacağı gün bəlli oldu

Tçuameninin "Real Madrid"lə müqavilə imzalayacağı gün bəlli oldu

Orelyen Tçuameni tezliklə "Real Madrid"in futbolçusu olacaq.

Fanat.Az xəbər verir ki, insayder Fabritsio Romano artıq transferin həll olunduğunu bildirib. 

Onun sözlərinə görə, "Monako"nun yarımmüdafiəçisi bugünlərdə "Real Madrid"də tibbi müayinədən keçəcək və 13 iyunda Millətlər Liqasının Fransa - Xorvatiya matçından dərhal sonra müqavilə imzalayacaq. 

Artıq “Real” və “Monako” transfer üçün lazım olan bütün sənədləri hazırlayıb.

22 yaşlı futbolçu ötən mövsüm "Monako"nun heyətində 50 oyuna çıxıb və 5 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər