Tahir Süleymanov: "Futbolçu xalqı üçün oynamalıdı, pul üçün yox"

Tahir Süleymanov: "Futbolçu xalqı üçün oynamalıdı, pul üçün yox"
Rusiyanın “Sovestki Sport” nəşri Azərbaycan - Rusiya oyunundan əvvəl “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovdan müsahibə alıb. Fanat.az xəbər verir ki, sabiq referi bir çox məsələlərlə bağlı danışıb.
Süleymanov ilk növbədə böyük məbləğdə mükafatla bağlı yayılan xəbərələrə münasibət bildirib: "İlk öncə onu deyə bilərəm ki, "Neftçi" futbolçuları üçün ilk sırada Azərbaycanın himni və bayrağı gəlir. İkinci bir tərəfdən mənim şəxsi fikrimə görə, bu məbləğ mətbuat tərəfindən çox şişirdilib.  Millinin futbolçusu ilk növbədə xalqı üçün oynamalıdı, pul üçün yox. Təbii ki, istənilən komanda da müəyyən hədəfə çatanda bunun qarşılığında mükafatlar verilir. Amma fikrimcə, Azərbaycan - Rusiya görüşünü müzakirə edərkən puldan yox, oyun keyfiyyətindən danışmalıyıq. Millimizin kapitanı Rəşad Sadıqov gözəl açıqlama verib. Deyib ki, mənə 1 milyon dollar versələr də, yenə oynadığım budu, bundan artıq oynaya bilməyəcəm. Əlbəttə, biz istəyirik ki, millimiz Rusiyaya qalib gəlsin. Digər tərəfdən, uzun müddət bir bayraq altında çıxış etmişik, böyük bir ölkənin vətəndaşları olmuşuq. Bu mənada, azərbaycanlıların da çoxu Rusiyanın qrup lideri qismində Braziliyaya yollanmasını istəyir".
 
Sabiq hakim daha sonra Azərbaycan futbolunun hazırkı durumundan danışıb: "Azərbaycanda futbola və digər idman növlərinə dövlət səviyyəsində qayğı var. Ayrı-ayrı sponsorlar da futbola yatırım yatırır. Buna görə də klublarda futbolçulara mükafatlar da verilir. Təbii, biz də çox istəyirik ki, futbollçularımız "Spartak", "Rubin" və "Zenit"in futbolçuları aldığı qədər mükafatlar alsın".
 
"Neftçi"nin vitse-prezidenti Rusiya millisi haqda da fikirlərini bölüşüb: "Ümumiyyətlə, Azərbaycanda Rusiyaya qarşı çox hörmətlə yanaşırlar. Bir çox həmvətənimiz Rusiyada yaşayır, işləyir. Sizi əmin edirəm ki, mətbuatda oxuduqlarınız informasiyaların heç biri oyunun ümumi əhval-ruhiyyəsini poza bilməz. Azarkeşlər stadiona gələcək və əlbəttə ki, Azərbaycana azarkeşlik edəcək. Eyni zamanda da gözəl futbola. Əminəm ki, əgər Azərbaycanda futbol azarkeşləri arasında sorğu keçirəsiniz ki, dünya çempionatına kimin getməsini istəyirsiniz Rusiyanın yoxsa, Portuqaliyanın, 90 faiz Rusiyanın adını çəkər".  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər