Tahir Gözəl Qara Qarayevin xaricə transferindən danışdı

Tahir Gözəl Qara Qarayevin xaricə transferindən danışdı

“Qara Qarayev xaricə getsə, onun önü açılacaqsa və “Qarabağ”a zərbə dəyməyəcəksə, buna razıyam. Amma bizə mənfi təsir etməmək şərti ilə". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

"Neftçi" ilə kubok oyunundan sonra jurnalistlərə açıqlama verən klub rəhbəri Qara Qarayevin xarici kluba transferi məsələsinə toxunub. Tahir bəy bildirib ki, bu məsələdə son sözü baş məşqçi Qurban Qurbanov deyəcək: "Qara çox istedadlı oyunçudu. Lakin klub dəyişmək elədi ki, alına da bilər, alınmaya da. Kluba ziyanı yoxdusa, getməsini istərdim”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər