"Fabio Kapellonun yaşı maneçilik törətmir. Çox qaliblər və baş məşqçilər görmüşük ki, daxili enerjiləri 35 yaşlı cavandan daha çoxdu. Təbii ki, işə, nailiyyət qazanmağa marağı da buraya daxildi". Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis ölkəsinin milli komandasının çalışdırıcısı Fabio Kapello ilə bağlı maraqlı açıqlamalar verib. Syomin italiyalı mütəxəsislə müqavilənin müddətinin uzadılması ilə bağlı tələskənliyə ehtiyac olmadığını deyib: "Burada başqa bir məsələ də ondan ibarətdi ki, Kapello ilə müqavilənin müddətinin uzadılması ilə bağlı tələsməyə dəyməz. Qoy, mərhələ başa çatsın. Dünya çempionatı göstərəcək ki, futbol hansı istiqamətdə inkişaf edir. Onda bilinəcək ki, milliyə Kapello rəhbərlik etməlidir, yoxsa başqaları. Misal üçün Qvardiola, yaxud del Boske".
Qeyd edək ki, Rusiya Futbol İttifaqı Fabio Kapello ilə müqavilə müddətini 4 il uzatmaq istəyir.
Fanat.az