Syomin qalsa, onlar gedəcək: 5 futbolçu

Syomin qalsa, onlar gedəcək: 5 futbolçu

"Qəbələ"də vəziyyət günü-gündən pisləşir. 6 turdu qələbəyə həsrət qalan Yuri Syominin kollektivində nizam-intizamla bağlı vəziyyət də qaydasında deyil. Elnur Allahverdiyev açıq-aşkar komandada qruplaşmanın olduğunu, legionerlərin oynamadığını bildirir. Elə "Qarabağ"la matçdan sonra müdafiəçi məhz bu səbəbdən paltardəyişə otağında legionerlərə hücum çəkib, ələm bir-birinə dəyib.

Syominin kreslosu ciddi ölçüdə laxlayıb. Rusiyalı mütəxəssis qarşıdakı günlərdə qovulsa, bu heç kim üçün sürpriz olmayacaq. Amma qalacağı halda, yayda komandada islahatlara başlayacaq. Syominin yola salacağı legionerlər artıq bəllidi. 

Rusiyalı məşqçi vəzifəsini qoruyub-saxlayacağı halda qapını göstərəcəyi ilk futbolçu həmyerlisi Marat İzmayılov olacaq. Uzun müddət ayağı topa dəyməyən Rusiya yığmasının sabiq üzvü ölkəmizə böyük ümidlərlə gəlmişdi. Həm azarkeşlər, həm də klub rəhbərliyi və məşqçiləri ondan çox şey gözləyirdi. Lakin Marat istənilən oyunu sərgiləyə bilmir. Soymin ona 10 Premyer Liqa və kubok matçında 703 dəqiqə oynamaq şansı versə də, hələlik qapı toruna düşə bilməyib. Üstəlik onun gəlişi komandada daxili ab-havanın pozulmasına səbəb olub. Bu səbəbdən "Qəbələ" İzmayılovun icarə müqaviləsi bitən kimi yola salınmasına qərar verib.

Komandanı tərk edəcək futbolçulardan biri Yannik Kamanandı ki, onun gedəcəyi ilə bağlı bir müddət əvvəl xəbər vermişdik. "Qəbələ" yüksək ödənişli afrikalının bitməkdə olan müqaviləsini uzatmayacaq. Kamanan 2011/12 mövsümündə "Mersin İdman Yurdu"ndan ölkəmizə gəlib. O, "Qəbələ"də keeçirdiyi 65 oyunda 17 qola imza atıb.

Syominin "qələbəmini qırdığı" futbolçulardan biri də Leonardo da Silvadı. Yayda Donetsk "Metallurq"undan transfer edilən gənc futbolçuda hər şey qaydasında olsa da, sonradan eniş dövrünə keçdi. İntizamsızlığı ilə diqqəti çəkən Leo qış transfer pəncərəsində düşərgəyə hamıdan gec dönərək Syomini çətin vəziyyətdə qoydu. Son dövrlər sərgilədiyi oyunla isə hamını özündən narazı salıb. Bu səbəbdən ona yeni müqavilə təklif olunmayacaq. Da Silva 28 oyunda 8 dəfə fərqlənib.

Rusiyalı mütəxəssisin ən uğursuz transferi Abdulvahid Afolabi də yola salınacaq. Yayda "Kuban"dan alınan afrikalıya Syomin Premyer Liqa və kubokun 18 oyununda 497 dəqiqə oynamaq şansı verib. Amma hücumçu cəmi 1 qol vurmağı bacarıb ki, bunu da "Mil-Muğan"la oyunda edib.

"Sabiqlər"dən canını qurtarmaq istəyən mütəxəssisin hədəfindəki növbəti iki isim ondan əvvəl komandaya gələnlərdi. Belə ki, "Qəbələ"nin baş məşqçisi Lourival Assislə Omar Kalabaneni yola çalacaq. Braziliyalı futbolçu 2012/13 mövsümündə Bolqarıstanın "Çernomorets" klubundan gəlib və ölkəmizdə keçirdiyi 38 oyunda 6 qola imza atıb. 2012-ci ilin yayında onunla yeni vaxtda "Manisaspor"dan transfer edilən Omar Kalabane isə 32 oyunda 2 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər