Syomin neçə futbolçunun xidmətindən məhrum olub?

Syomin neçə futbolçunun xidmətindən məhrum olub?
Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 16-cı gününü 1 məşqlə yekunlaşdırıb. Fanat.az xəbər verir ki, Yuri Syominin başçılığı altında günün ikinci yarısında baş tutan məşqdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib. Günə ikitərəfli oyunla yekun vurulub. 
Zədəsi sağalan Amit Quluzadə komanda ilə məşqlərə qoşulub. Sadiq Quliyev və Rail Məlikov komandadan ayrı çalışıb. U-21-in düşərgəsində yer alan Elvin Camalov və Ürfan Abbasov, zədəli olan Daniel Subotiç, Lorenzo Ebesilio və Omar Kalabane məşqdə iştirak etməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər