Türkiyənin "Göztəpə" klubu Almaniya millisinin sabiq üzvü Mario Qomesi transfer edir.
Fanat.Az xəbər verir ki, İzmir klubu hazırda "Ştutqart"da çıxış edən 33 yaşlı ulduzun keçidini qısa müddətdə həl etmək niyyətindədi. Məlumata görə, "Göztəpə" Qomesə illik 1,5 milyon avro təklif edib. Alman futbolçunun yenidən Türkiyədə çıxış etmək istədiyi bildirilir.
Qeyd edək ki, karyerası ərzində "Ştutqart", "Bavariya", "Fiorentina" və "Volfsburq"da çıxış edən Qomes 2015/16 mövsümündə "Beşiktaş"ın formasını geyinib. O, indiyədək Almaniya millisində 78 oyun keçirərək 31 qol vurub.
Fanat.Az