Super Liqa klubunun Çətin transferi

Super Liqa klubunun Çətin transferi

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyə millisinin və İtaliyanın “Verona” klubunun mərkəz müdafiəçisi Mert Çətini heyətinə qatıb.

26 yaşlı futbolçu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

“Gənclərbirliyi”nin yetirməsi olan Mert Çətin karyerası ərzində “Hacettepe”, “Roma”, “Kayserispor”, “Leççe” və “Adana Dəmirspor” kimi klublarda da oynayıb. O, Türkiyə millisində də 1 matç keçirib. Futbolçu 2020-ci ilin yayında cəlb olunduğu “Verona”da cəmi 10 matça çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər