Süleyman 2 klubdan biri ilə müqavilə bağlayacaq

Süleyman 2 klubdan biri ilə müqavilə bağlayacaq

Ötən mövsümə "Karvan-Yevlax"ın heyətində başlayan, sonradan xaçvari diz bağları qopduğu üçün kənarda qalan müdafiəçi Süleyman Əhmədov yeni "futbol ili"nə 1-ci Liqada başlayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, zədə problemini geridə qoyan arxa xətt oyunçusunu 2 klub istəyir.

Bunlar "Gəncəbasar" və "Mingəçevir"dir. "Gəncəbasar"ın düşərgəsində bir neçə məşqə çıxan Süleyman "işıqçılar"la da danışıq aparır. Onun taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, "Karvan-Yevlax" Misli Premyer Liqasındakı mübarizəni turnir cədvəlinin son pilləsində başa vuraraq 1-ci Liqaya düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər