"Ştutqart" Höneslə müqavilə yenilədi

"Ştutqart" Höneslə müqavilə yenilədi

Almaniyanın "Ştutqart" klubu baş məşqçi Sebastyan Höneslə müqavilə yeniləyib.

Fanat.Az klubun rəsmis saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

Hönes 2023-cü ilin aprelindən indiki postundadır.

24 oyuna 55 xal toplayan "Ştutqart" Bundesliqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər