Sterlinq İngiltərə futbolunun tarixinə düşdü

Sterlinq İngiltərə futbolunun tarixinə düşdü

Bu yay "Çelsi"ni digər London klubu "Arsenal"a dəyişməsi Rahim Sterlinq üçün xüsusi məqamla yadda qalıb. 

Fanat.Az xəbər verir ki, o, "topçular"ın heyətində Çempionlar Liqasında matça çıxmaqla rekord müəllifi olub. 

"Opta"nın məlumatına görə, Liqa mərhələsinin açılış turunda "Atalanta" ilə (0:0) oyunda meydana çıxan vinger dörd fərqli komanda üçün bu turnirdə oynayan ilk ingilis futbolçu ünvanına sahib çıxıb. 

Sterlinq bundan əvvəl “Liverpul”, “Mançester Siti” və “Çelsi”nin heyətində eyni uğura imza atıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər