Sörlotdan unikal nəticə - "Barselona" fanatları onu unutmayacaqlar

Sörlotdan unikal nəticə - "Barselona" fanatları onu unutmayacaqlar

İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda - "Barselona" ilə matçda (4:4) "Atletiko Madrid"in hücumçusu Aleksandr Sörlot unikal nəticəyə imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, 90+3-cü dəqiqədə komandasını yenilgidən xilas edən norveçli forvard 2003/2004 mövsümündən bəri "blauqrana"ya oyuna əlavə edilən dəqiqələrində ən çox qol vuran futbolçu ünvanına sahib çıxıb.

Sabiq ispaniyalı hücümçu Fernando Torresin və "Real Madrid"in ingiltərəli yarımmüdafiəçisi Cud Bellingemin hesabında 2 belə qol var.

Qeyd edək ki, cari mövsüm "Atletiko" forması ilə bütün turnirlərdə 34 matça çıxan Sörlot 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər