"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Sportinq"in sabiq prezidenti Brunu Karvalyu həbs edilib.
Fanat.Az xəbər verir ki, sabiq klub rəhbəri may ayında azarkeşlərin komandanın bazasına etdikləri hücumun təşkilində şübhəli bilinir. 46 yaşlı Karvalyu ilə yanaşı, daha 38 nəfər saxlanılıb.
Qedy edək ki, bu ilin əvvəllərində "Sportinq"də klub prezidenti ilə futbolçular arasında qalmaqal baş verib. Bundan sonra təxminən 50 azarkeşin komandanın məşq bazasına hücumu olub. Fanatlarla davada bəzi futbolçular xəsarət alıblar. Bu hadisədən sonra 9 oyunçu klubla müqaviləsini birtərəfli qaydada pozub.
Fanat.Az