"Sportinq" Dyökereşi aldığından 5 dəfə baha satır

"Sportinq" Dyökereşi aldığından 5 dəfə baha satır

Portuqaliyanın "Sportinq" klubu "Arsenal" və "Çelsi" kimi İngiltərə nəhənglərinin istədiyi hücumçuya - Viktor Dyökereşə qiymət qoyub.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Lissabon təmsilçisi isveçli futbolçunu 100 milyon avrodan ucuz satmayacaq.

"Sportinq" Dyökereşi ötən ilin yayında, 21 milyon avro qarşılığında İngiltərənin "Koventri" klubundan transfer edib.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 40 matça çıxan 25 yaşlı Viktor 36 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Sportinq"lə müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər