Lissabon "Sportinq"inin hücumameyilli yarımmüdafiəçisi Pedru Qonsalveş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
23 yaşlı oyunçunun xidmətində "Liverpul" maraqlıdır. "Qırmızılar"ın baş məşqçisi Yürgen Klopp Qonsalveşi sərəncamında görmək istədiyini rəhbərliyə özü çatdırıb.
"Sportinq"in idarəçiləri paytaxt klubuyla olan müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq futbolçunu İngiltərə nəhənginə 80 milyon avroya satmaqda qərarlıdır.
Qeyd edək ki, Lissabon təmsilçisi Pedrunu ötən il yerli "Famalikan"dan 6,5 milyon avro qarşılığında transfer edib. Bu mövsüm "aslanlar"ın heyətində bütün turnirlər daxil omaqla, 10 oyuna çıxan Qonsalveş 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat