Sonsuza qədər "Barselona"

Sonsuza qədər "Barselona"

"Barselona" Lionel Messiyə yeni müqavilə təklif edəcək. Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Xosep Maria Bartomeu məlumat verib.

Prezident bildirib ki, argentinalı ulduza müddətsiz müqavilə təklif edəcəklər. "Messi bizim üçün çox önəmlidi. Onunla görüşümüz olacaq və müddət qoymadan yeni müqavilə təklif edəcəyik. Messinin hələ 29 yaşı var. Çox istedadlı, istəkli və uzun illər mükəmməl futbol oynayacaq səviyyədədi. Ona limit qoya bilmərik. “Barselona”da qalacağını düşünürəm” deyə Bartomeu bildirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər