İngiltərə milli komandasında narkotik qalmaqalı yaşanır. Fanat.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində Ukrayna ilə üz-üzə gələcək ingilislərin ulduz futbolçusu Kile Valker bir gecə klubunda narkotik maddə qəbul edərkən kameraya düşüb.
"Tottenhem"in formasını geyinən yarımmüdafiəçi Kiyev səfərindən öncə Şeffilddəki bir gecə klubunda narkotik maddədən istifadə edib. Onun bu hərəkəti bir paparatsinin diqqətindən yayınmayıb.
Valker açıqlamasında narkotik qəbul etdiyini etiraf edib: "Bunun pis və sağlamlığım üçün riskli olduğunu qəbul edirəm. Səhvimi başa düşürəm. Amma narkotik aludəçisi deyiləm. İradəli bir insanam və özümə nəzarət edə bilirəm".
Fanat.az