Şok iddia: AZAL futbolçudan 6 min dollar istədi

Şok iddia: AZAL futbolçudan 6 min dollar istədi

"Bir türk menecer məni Almnaiyadan çağırıb dedi ki, AZAL-da çıxış edəcəksən. Bura gəldikdən sonra isə məndən 6 min dollar pul istədi". Fanat.az xəbər verir ki, bu sözləri Almaniyada top qovan, hal-hazırda klubsuz olan Fərrux Kərimov deyib.

26 yaşlı futbolçu Almaniyanın aşağı liqa klublarından olan "Stern Manierfeld"in şərəfini qoruduğunu, lakin sonradan karyerasını Azərbaycanda davam etdirmək istədiyini bildirib. Türk menecer tərəfindən aldadılan futbolçu ondan tələb edilən 6 min dolları AZAL-dakılardan birinin istədiyini söyləyib:

"Menecer məndən istədiyi 6 min dolların 3 minini AZAL-a verəcəkdi. Mən belə düşünürəm. Evimi satıb Bakıya gəldim. İndi pis vəziyyətdəyəm. Hal-hazırda Almaniyanın 5-ci liqa klublarından olan "VfB Fortuna Biesdorf" klubunun məşqlərində iştirak edirəm. Burda oynamaq haqqım olmadığından, fərdi məşqlərlə kifayətlənirəm".

idmanxeber.com

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər