Sneyderin oğlu bu klubla müqavilə bağladı

Sneyderin oğlu bu klubla müqavilə bağladı

Tanınmış futbolçu Uesli Sneyderin oğlu Cessinin iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Utrext" 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan saziş bağlayıb.

Məlumatı Erediviziya təmsilçisinin rəsmi saytı yayıb.

Cessi ötən mövsüm “Utrext”in U-19 komandasında çıxış edib.

Qeyd edək ki, bu, sözügedən futbolçunun ilk peşəkar müqaviləsidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər