Məşhur futbol saytlarından biri karyerasının son illərində dəyəri həddən artıq şişirdilən futbolçuların siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.
1. Andros Tovnsend
22 yaşlı futbolçu bir ara sərgilədiyi performansla idman şərhçilərinin "yeni Kriştiano Ronaldo gəlir" fikirləri səsləndirməsinə səbəb olmuşdu. Amma sadəcə sürəti ilə İngiltərə milli komandasınadək irəliləyə bilmiş gəncin uzaqdan vurduğu anlamsız zərbələr və matç boyu nə edəcəyinə qərar verməkdə çətinlik çəkməsi böyük klubda daim oynamasını imkansız edir. Bunun nəticəsidi ki, "Tottenhem" 2009-2013-cu illərdə onu 9 müxtəlif komandaya icarəyə verib.
2. Uesli Sneyder
Holland futbolçunun adı hər transfer dönəmində bir ingilis klubu ilə yanaşı çəkilir. 2009/10 mövsümündə "İnter"də xarüqələr yaradan Sneyderin "Mançester Yunayted"in transfer siyahısında olduğu deyilir. Ancaq 30 yaşı haqlayan Uesli yarımmüdafiənin bütün yükünü dayışya biləcək gücdə deyil. Bunun nəticəsi olaraq o, 2013-cü ildə Avropanın böyük klublarından birinə getmək əvəzinə, "Qalatasaray"a üz tutdu.
3. Kaka
Kaka bir vaxtlar möhtəşəm yarımmüdafiəçi idi. Ancaq braziliyalının hələ də dünyanın ən yaxşı oyunçuları arasında göstərilməsinin səbəbini heç kim bilmir. 2009-cu ildə 65 milyon avro kimi rekord bir məbləğə "Real"a keçən oyunçu İspaniya klubunda gözlənilən oyunu sərgiləyə bilmədi və İtaliyaya qayıtdı. Bir sözlə, Kaka 2007-ci ildə "Qızıl top"u qazanan Kaka deyil.
4. Luis Nani
Nani hələ də Avropanın ən yaxşı cinah oyunçuları arasında göstərilir. Amma portuqaliyalı ulduzun ən yaxşılardan olmasını sübut etməsindən uzun illər keçib. 27 yaşlı futbolçu ötən mövsüm zədələrlə mübarizə apardı və meydanda olduğu zamanlarda isə istənilən performansı göstərə bilmədi. Bəlkədə artıq Naninin "Old Trafford"dan ayrılmaq zamanı gəlib və ya da bir çoxları bu futbolçunun imkanlarını həddən artıq şişirdib.
5. Aleks Sonq
Kamerunlu futbolçu ötən illərdə "Arsenal" forması ilə özündən söz etdirə bilib. Amma "Barselona" kimi komandada ona əsla yer yoxdu.
6. Roberto Soldado
İspan futbolçu "Valensiya"da meydana çıxdığı 141 oyunda 81 qola imza atsa da, "Tottenhem"in onun üçün ödədiyi 26 milyon funt-sterlinqi çölə atdığını düşünənlərin sayı az deyildi. Və Soldado onları haqlı çıxarmağı başardı. Ulduz forvard İngiltərədə meydana çıxdığı 22 oyunda sadəcə 1 dəfə fərqlənə bilib.
7. Kərim Benzema
"Real" dünyanın ən böyük klublarından biridi və bu komandanın hücumçusu ildə ən azı 20 qol vurmalıdı. Amma Benzema 5 ilin sadəcə birində 20-dən artıq qol vura bilib. Fransız futbolçunun bacarığı Kriştiano Ronaldonun mükəmməlliliyinin kölgəsində qalır. Görünən odu ki, Kərimin Madrid macərası uzun sürməyəcək.
8. Antonio Valensiya
Ekvadorlu oyunçu 7 nömrəli formanı əyninə geyinməzdən əvvəl heç də pis performans sərgiləmirdi. Ancaq sonra bütün cinah müdafiəçilərinin onun oyun stilini öyrənməsi Vanelsiyanın işlərini çətinə saldı. "Mançester Yunayted" son iki ildə özünə inamını tamamilə itirən 28 yaşlı oyunçunu yola salmaq istəyir.
9. Bakari Saqna
"Arsenal"ın ulduz futbolçusu mövsümün sonunda komandanı tərk etməmək üçün həftəlik 100 min funt-sterlinq istəyir. Amma yəqin ki, Arsen Venger də hər kəs kimi onun bu pula dəymədiyini başa düşür.
10. Petr Çex
Çex ötən 10 ildə "Çelsi" üçün möhtəşəm qapıçı olub. Amma o, bir çox həmkarı kimi yaşı ötdükcə özünü inkişaf etdirə bilməyib. 31 yaşlı qolkiper AVRO-2008 öncəsi ən yaxşı performansını sərgilədi, ancaq sonra bu çıxışını davam etdirə bilmədi. Jozu Mourinyo yeni mövsümdə onun yerini Tibaut Kourtoisə verməsə, böyük səhv etmiş olar.
Fanat.az