Şirer "Mançester Siti"nin məğlubiyyətinin səbəbini nədə görür?

Şirer "Mançester Siti"nin məğlubiyyətinin səbəbini nədə görür?

"Nuykasl"ın və İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer "Mançester Siti"nin İngiltərə Kubokunun yarımfinalında  "Liverpul"a məğlubiyyətini (2:3) şərh edib.

Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun söylədiklərini belə çatdırıb:

"Qollardan biri "Liverpul"a hədiyyə edildi. Digər ikisində isə qapıçı daha yaxşı oynamalıydı. Yürgen Klopp uğurlu heyət müəyyənləşdirmişdi. Əsas qolkiperin start "11-lik"də yer alması ağıllı seçim idi. Məhz bu məqamı həlledici amil sayıram. Başqa qapıçı olsaydı, böyük ehtimalla, nəticəyə təsir edən səhvlərə yol verəcəkdi. Alisonun ikinci hissədəki iki seyvini yada salsaq, yetər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər