Simeonedən Felikslə bağlı önəmli açıqlama: "Barselona"da qalsa..."

Simeonedən Felikslə bağlı önəmli açıqlama: "Barselona"da qalsa..."

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone  "Barselona"da icarə əsasında çıxış edən Joau Feliksdən danışıb. 

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:

“Joau Felikslə bağlı iyunda baş verəcək istənilən qərar "Atletiko" üçün faydalı olacaq. O, "Barselona"da qalsa, klub ciddi məbləğdə pul alacaq. Əks halda, yəni bizə qayıtsa, müqaviləsinin sonuna qədər - daha 3 il komandamızda olacaq. Belədə, o, "Atletiko"nun oyununa töhfə verəcək”.  

Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm “Barsa” forması ilə 5 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər